Lerik rayonunda zəlzələ qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 23:32-də Lerik rayonunda 3.6 maqnitudalı zəlzələ olub.
Zəlzələnin ocağı 17 km dərinlikdə yerləşib.