“İnter”dən ayrılan Simone İnzagi “Əl Hilal”la razılığa gəlib.
Metbuat.az xəbər verir ki, tərəflər müqavilə imzalamaq üzrədir. Fabrizio Romanonun sözlərinə görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəliblər. Bildirilir ki, müqavilədə layihənin əhəmiyyəti və Səudiyyə klubunun hədəfləri yer alıb. Ərəb klubu Simone İnzagiyə yüksək məvacib ödəyəcək.
Qeyd edək ki, “İnter” klubu məşqçisi Simone İnzaqinin gedişini açıqlamışdı. Mütəxəssislə müqavilənin qarşılıqlı ləğv edildiyi bildirilib.