Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə İstanbulda aparılan danışıqlar barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, tərəflər arasında mühüm razılaşmalar əldə olunub və işlər davam edir. Rusiyanın Ukraynaya təqdim etdiyi memorandumla bağlı danışan Peskov, "Bu, çoxlu sayda həll variantını əks etdirən bir çox müddəadan ibarətdir. Hər şey münaqişənin səbəblərindən xilas olmaq və onu həll etmək məqsədi daşıyır" - deyə bildirib.
Peskov bəyan edib ki, Rusiyanın Ukrayna ilə bağlı edəcəyi güzəştlər danışıqların mövzusudur və ictimaiyyətə açıqlana bilməz.