Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Metbuat.az xəbər verir ki, söhbət zamanı regional və qlobal hadisələr, xüsusilə Rusiya-Ukrayna böhranı müzakirə edilib. Tərəflər Rusiya ilə Ukrayna arasındakı böhrana son qoymaq üçün davam edən diplomatik səyləri və İstanbulda keçirilən danışıqları müzakirə ediblər. İstanbuldakı danışıqların sülhə töhfə verəcək zəmin yarada biləcəyi vurğulanıb. Bundan başqa, Suriyadakı son vəziyyət və Qəzzadakı humanitar böhran da gündəmə gəlib.
Tərəflər regionda sabitliyin təmin edilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar. Diplomatik mənbələr görüşün konstruktiv keçdiyini bildiriblər.