Türkiyənin məşhur "Aşk-ı Memnu" serialında Bülent obrazını canlandıran Batuhan Karacakaya illər ərzində tamamilə başqa birinə çevrilib.
Metbuat.az xəbər verir ki, 10 yaşında serialda rol alan Batuhan illər sonra görünüşü ilə pərəstişkarlarını heyrətləndirə bilib.
Uşaqlıq dövründəki yumru üzü və şirin ifadəsini indi daha yetkin və xarizmatik görünüş əvəzləyib.
İdman və sağlam həyat vərdişləri sayəsində formada olan aktyor stilində də mühüm dəyişikliklər edib. O, gənc və müasir tərzi ilə diqqət çəkir.
Batuhan Karacakaya qarşıdakı dövrlərdə yeni layihələrdə iştirak etməyi planlaşdırır.