"Tottenhem"in cənubi koreyalı futbolçusu Heung-Min Son 10 ildən sonra komandanı tərk edə bilər.
Metbuat.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanından astronomik maaş təklifi alıb. “The Telegraph”da dərc edilən xəbərə görə, Benzemanın çıxış etdiyi "Əl İttihad" futbolçuya illik 25 milyon avro təklif edib. "Əl İttihad" futbolçu ilə 4 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Heung-Min Son bu mövsüm UEFA Avropa Liqasında “Tottenhem” karyerasında ilk kubokunu qazanıb. 2015-ci ildə "Bayer Leverkuzen"dən 30 milyon avroya transfer olunan futbolçu 454 matçda meydana çıxıb, 173 qol və101 məhsuldar ötürmə ilə çıxış edib. Bundan əvvəl futbolçunun adı “Fənərbaxça” ilə hallanmışdı.