"Milan" "Əl-Hilal"ın Teo Ernandes üçün göndərdiyi 30+5 milyon avroluq təklifini qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə Fabritsio Romano sosial şəbəkə hesablarında paylaşım edib.
Belə ki, futbolçu ilə ikiillik müqavilə imzalanacaq.
Teo Ernandes "Əl-Hilal" klubunda çıxış üçün illik 25 milyon avro qonorar əldə edəcək.