Rusiyanın nümayəndə heyəti bu gün Ukrayna ilə danışıqlarda iştirak etmək üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Metbuat.az xəbər verir ki, bu barədə "İnterfaks" danışıqların hazırlanması ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
"Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti bazar günü günortadan sonra təyyarə ilə İstanbula uçub", - agentliyin müsahibi bildirib.