Türkiyə Superliqasında çempion "Qalatasaray" mövsümün yekun oyununda "Başakşehir"lə üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" 2-0 hesabı ilə qələbə qazanıb.
Beləliklə də, "Qalatasaray" cari çempionatı 95 xalla zirvədə tamamlayıb. "Başakşehir" isə 54 xalla ilk 5-liyi qapayıb və növbəti mövsüm ölkəsini UEFA Konfrans Liqasında təmsil edəcək.