Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 9-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub. Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Özbəkistan paytaxtınnda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammiti keçirilir.
Sammitdə Azərbaycan, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri iştirak edir.