"Qalatasaray" "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. "SporX"də dərc edilən xəbərə görə, klub transferi reallaşdırmaq üçün tanınmış menecer Qardi ilə iş birliyinə başlayıb. İddialara görə, ulduz futbolçu "Qalatasaray"a transfer olmağa razılıq verib. Futbolçu bildirib ki, klublar razılıq əldə edərsə, o, transferə razılıq verə bilər.
Qeyd edək ki, Bernardo Silvanın "Mançester Siti" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Bundan əvvəl, "Qalatasaray"ın "Mançester Siti"nin futbolçusu İlkay Gündoğanla razılıq əldə etdiyinə dair xəbərlər dərc edilmişdi.