"Eyüpspor"la yollarını ayırdıqdan sonra Arda Turan Ukraynanın "Şaxtyor Donetsk” klubu ilə anlaşıb.
Metbuat.az xəbər verir ki, Arda Ukrayna təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. "Şaxtyor Donetsk" klubunun açıqlamasında görə, türkiyəli çalışdırıcı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Açıqlama “Xoş gəlmisiniz Arda Turan” başlığı ilə açıqlanıb.
Arda Turan "Şaxtyor Donetsk"ə rəhbərlik etməsi ilə bağlı, “Şaxtyor Donetsk”ə qoşulmaqdan qürur duyuram. Bu, zəngin tarixə və dərin ənənələrə malik böyük klubdur. Bütün Avropada tanınan və hər matçda qalib gəlmək məqsədi ilə oynayan komandadır. Həm Ukraynada, həm də Avropa yarışlarında kuboklar qazanmaq üçün çox motivasiyalıyıq" - deyə bildirib.