Lerikin Zeynəko kəndində sakinlər şəraitsizlik səbəbindən evlərini tərk edirlər.
Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, 2009-cu ildə burada 165 nəfər qeydiyyatda olub.
Hazırda isə sakinlər kənddə mavi yanacağın olmaması və yol probleminə görə evlərindən köçürlər.
"Burada 14 ev var. Hər birində isə təxminən 2-3 nəfər yaşayır. Kənddə nə məktəb var, nə də xəstəxana. Uşaqlar təhsil almaq üçün 3 kilometr yol qət edərək digər kəndə gedirlər", - sakinlərdən biri söyləyib.
Ətraflı süjetdə: