Metbuat.az xəbər verir ki, Ramazan ayında gündəlik enerji, zülal, vitamin və mineral qəbulu tələbatı dəyişməsə də, pəhriz pozulur, yeməklərin sayı azalır.
İftar və sahur süfrələrində edilən səhvlərdən biri də kifayət qədər çeynəmədən, mədəni çox yeməklə tez doldurmaqdır. Tez yemək yediyiniz zaman aclıq hiss edə və lazım olduğundan artıq yeyə bilərsiniz, çünki beyniniz hələ tox olmaq əmrini almır. Bundan əlavə ağızda kifayət qədər çeynənməyən qidalar həzm sistemini gərginləşdirdiyi üçün zamanla bir çox xəstəliklərə və problemlərə səbəb ola bilər.
Tərkibində ağ un, düyü və şəkər olan qidalar tez həzm olunduğu üçün insulin ifrazını stimullaşdırır və aclıq hissi yaradır. İftarda yeyilən şirniyyatlı məhsullar, xəmir məmulatları, pide çörəyi və şirniyyatlar yüksək kalorili olduğu üçün oruc tutanlarda kökəlməyə səbəb olur və nəticədə qanda piylərdə və təzyiqdə artım müşahidə oluna bilər.
Sahurda nə yeməliyik?
İftarda çox yağlı, çox duzlu və çox şirin yeməklərdən uzaq durmaq lazımdır. Qızardılmış qidalar, xəmir məmulatları, kolbasa, qovrulmuş ət, yağ tərkibi yüksək olan qidalar, çox ədviyyatlı qidalar iftar süfrələrində qaçınılması lazım olan qidalardır. Asan həzm olunan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən tərəvəz, meyvə və tərkibində lif və sellüloza olan çovdar/tam buğda çörəyinə üstünlük verilməlidir.
