“Fənərbaxça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ çempionatında davam etdirəcək.
Metbuat.az xəbər verir ki, futbolçu “Los-Anceles” klubuna transfer olub. Klublar arasında əldə edilmiş razılaşmaya əsasən futbolçu mövsümün sonuna qədər icarə əsasında “Los-Anceles”də çıxış edəcək. Məlumata görə, türk futbolçu ABŞ-yə yollanıb.
Qeyd edək ki, Cengiz Ünder iki il əvvəl "Marsel" klubundan 15 milyon avroya transfer olunmuşdu. Bu, "Fənərbaxça"nın həmin vaxta qədər ən çox pul ödədiyi transfer idi. Joze Mourinyo “Fənərbaxça”nı çalışdırandan sonra Cengiz Ünder heyətdə intensiv forma geyinməyib.