Metbuat.az xəbər verir ki, mütəxəssislər istehlakçılara qara plastik saxlama və mətbəx qablarından qurtulmaqla bağlı çağırış edib.
Araşdırmalar göstərir ki, bədənində bu maddəni daşıyanlarda xərçəng riski daha da yüksəkdir.
Qara plastiklərin tərkibində ağır metallar və alov gecikdiricilər kimi zəhərli kimyəvi maddələr ola bilər ki, bu da qidalara qarışa və sağlamlıq üçün təhlükə yarada bilər. Bu zəhərli kimyəvi maddələr çox aşağı səviyyədə olsa belə ciddi reproduktiv və inkişaf problemləri yarada, beyin və böyrəkləri zəhərləyə, insanlarda qalxanabənzər vəzin funksiyasını poza, inkişafa təsir edərək uzun müddət nevroloji zədələrə səbəb ola bilər.