Bu gün "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxacaq.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya)
Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks
Tofiq Bəhramov adına Respublika Stadionu.
00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)
1
Bayer3
3
0
0
11
2
+9
9
2
Qarabağ
3
2
0
1
3
5
-2
6
3
Molde3
1
0
2
6
4
+2
3
4
Hekken3
0
0
3
1
10
-9
0