Türkiyənin milli müdafiə naziri Yaşar Güler İraqdan olan həmkarı Sabit Rza əl-Abbasi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş Abbasinin Ankaraya səfəri çərçivəsində baş tutub.
Nazirliyin binasında keçirilən görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub.