Türkiyə Superliqasının 21-ci turunda "Qalatasaray" öz meydanında "Konyaspor"u qəbul edib.
Metbuat.az xəbər verir ki, görüşdə hesabı Viktor Osimhen 22-ci dəqiqədə vurduğu penalti ilə açıb.
Oyun "Cimbom"un qələbəsi ilə başa çatsa da, azarkeşlər "Qalatasaray"ın zəif oyunundan narazı qalıblar.
Bu oyun "Qalatasaray"da son mövsümünü keçirən uruqvaylı qapıçı Fernando Muslera üçün ələmatdar olub. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı "Qalatasaray"da ən çox oyun keçirən futbolçu kimi rekorda imza atıb.
