Türkiyə və Küveytin Azərbaycandakı səfirləri arasında görüş olub.
Modern.az xəbər verir ki, bu barədə Bakıdakı Türkiyə səfirliyinin X-dəki səhifəsində paylaşım edilib.
"Səfirimiz Cahit Bağcı Küveyt əmiri Şeyx Nəvvafın vəfatı ilə bağlı Küveytin Bakıdakı səfirliyində yas dəftərini imzalamış və başsağlığı diləklərini sunmuşdur", - deyə paylaşımda qeyd olunub.