Xəbər verdiyimiz kimi, Azərbaycanı UEFA Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək "Qarabağ" klubu Portuqaliya təmsilçisi "Braqa" ilə qarşılaşacaq. "Braqa" UEFA Çempionlar Liqasının oyunlarında qrup üçüncüsü olduğuna görə Avropa Liqasına düşüb. “Qarabağ”ın portuqallarla ilk görüşü 2024-cü il fevralın 15-də səfərdə olacaq. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq. Modern.az-ın məlumatına görə, "Braqa" Avropada qayalıq ərazidə tikilmiş stadionu ilə tanınan klubdur. Braqa şəhərində yerləşən futbol stadionu 2003-cü ildə tikilib istifadəyə verilib. Stadion 30154 nəfər tutumludur. Stadion qayaların arasında salınıb, hətta onun böyük tablosu qayalar üzərində yerləşdirilib.

