Bakıda SOCAR-ın müəssisəsindəki yanğın söndürülüb. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.