Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılıb.
Modern.az xəbər verir ki, Monakoda keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanıb.
Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gəlib. Qeyd edək ki, komandamız 3-cü səbətdə yer alıb.
Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Hər komandanın 8 rəqibini seçiləcək. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar. "Qarabağ"ın rəqibləri aşağıdakı klublar seçilib:
1-ci səbətdən: "Tottenhem" (İngiltərə) səfərdə, "Ayaks" (Niderland) evdə
2-ci səbətdən: "Olimpiakos" (Yunanıstan) səfərdə, "Lion" (Fransa) evdə
3-cü səbətdən: "Malmö" (İsveç) evdə," Bodo Glimqt" (Norveç) səfərdə
4-cü səbətdən: "FCSB" (Rumıniya) evdə, "Elfsborq" (İsveç) səfərdə Oyunların təqvimi avqustun 31-də açıqlanacaq.