Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır. Təbii ki, dağılan ailələrin bir çoxunda uşaqlar da var və boşanmalardan ən çox əziyyət çəkənlər də onlar olur. Bəs son 1 ildə boşanan neçə ailə uşaqlı, neçəsi uşaqsızdır? Modern.az saytı bu suala cavab tapmağa çalışıb. Dövlət Statistika Komitəsindən saytımıza bildirilib ki, 2023-cü ildə Azərbaycanda 21688 boşanma qeydə alınıb. Boşanan ailələrin 9510-da uşaq dünyaya gəlməyib. Dağılan 4748 ailə bir uşaqlı olub. 7430 ailədə isə uşaqların sayı iki və daha çox olub. Bu, ümumilikdə 12178 uşaqlı ailə deməkdir. 2023-cü ildəki boşanmalar nəticəsində 21689 uşaq valideynlərdən biri ilə qalmağa məcbur olub. Bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. 2024-cü ilə dair rəqəmlərin isə bir qədər də çox olacağı istisna edilmir. A.Qorxmaz