2024-cü ilin yanvar-iyun aylarında ölkəyə 38008 ədəd minik avtomobili gətirilib. Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. Qeyd edilib ki, yanvar-iyun aylarında xaricdən 4003 ədəd yük avtomobili, 103 ədəd avtobus idxal olunub.