Azərbaycanda ömürlük məhkumlarla bağlı son illərin statistikası açıqlanıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib. Bir il əvvəl – 2022-ci ildə ömürlük cəza alanları sayı 3 nəfər olmuşdu. Amma bu müqayisə ömürlük məhkumların sayında artım demək deyil. Çünki, 2020-ci ildə də onların sayı 5 nəfər olub. Daha əvvəl isə ömürlük məhkumların sayı xeyli çox idi. Belə ki, 2005-ci ildə 13 nəfərə, 2010-ci ildə 15 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. A.Qorxmaz