ABŞ-nin Kaliforniya ştatında yerləşən İrvin Universitetində tam təqaüdlə doktorantura (PhD) təhsili alan Fikrət Valehli "Phython" kodlaşdırması ilə hazırlanan “futbol data analitikası” layihəsinin təqdimatını edəcək.
Modern.az xəbər verir ki, o,çıxışı zamanı klassik statistik metodların futbol strategiyalarının məhsuldarlığını anlamaqda necə yardımçı olduğundan danışacaq, statistik üsullarla yanaşı "Python" üzərindən "StatsBomb" paketinin araşdırma və vizualizasiya üçün istifadəsini göstərəcək.
Tədbir "Caspian Plaza"da keçiriləcək.
Qeyd edək ki, Fikrət Valehli Türkiyənin Bilkent Universitetinin iqtisadiyyat fakültəsinin bakalavr məzunu, Fransanın Tuluz İqtisad məktəbinin isə magistratura məzunudur.