Qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” 2023-cü il üzrə "ən yaxşı 100 mətbəx" və "ən yaxşı 100 yemək" reytinqini tərtib edib. Modern.az saytı xəbər verir ki, dünya ölkələri üzrə ən yaxşı mətbəx siyahısında Azərbaycan 77-ci yerdə göstərilib. Siyahı hazırlanarkən Azərbaycandan Abşeron zəfəranı, qutab, şah plov, narşərab, buğlama və daha 34 təam əsas götürülüb. “TasteAtlas”a görə, Azərbaycan mətbəxinin ilk “10-luq”da yer alan yeməkləri isə bunlar olub: qutab, lavaş, lüləkabab, Şəki pitisi, pomidor dolması, kətə, manqal salatı, zülbiyə, dovğa, çoban salatı. Bədnam qonşumuz – Ermənistan isə bizdən öndə - 69 yerdə qərarlaşıb. Dünya mətbəxlərinin reytinqində İtaliya 1-ci, Yaponiya 2-ci, Yunanıstan 3-cü sıranı tutur. Qardaş Türkiyə 15-ci sırada göstərilib. 2023-cü ilin ən yaxşı qiymətləndirilən yeməyinə gəlincə Braziliya ətindən hazırlanmıç Picanha 1-ci, Malayziya çörəyi Roti Canai 2-ci və Tayland qızartması Phat Kaphrao 3-cü olub. Azərbaycan yeməklərindən heç biri "100-lük"də yer almayıb. *** Ən yaxşı mətbəxi olan 100 ölkə *** Ən yaxşı 100 yemək A.Qorxmaz

