Vətən müharibəsində qazanılan qələbə çox böyük tarixi hadisədir.
Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
O qeyd edib ki, hazırda Qarabağa Böyük Qayıdış prosesi gedir. Elm və təhsil istiqamətində də böyük işlər görülüb. Şuşa və Füzulidə 960 yerlik tam orta məktəb, Zəngilan 288 yerlik tam orta məktəb, 60 yerlik məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Emin Əmrullayev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər üçün gələcək planlar var:
"Şuşa Real Məktəbinin, Zəngilanda 960 yerlik tam orta məktəbin, Füzuli peşə liseyinin, Qubadlı Şəhər Tam Orta Məktəbin, Ağdam Şəhəri 2 saylı körpələr evinin, hansı ki 160 yerlik olacaq , Ağdam Şəhəri 2 nömrəli tam orta məktəbin, Zəngilanda 160 yerlik uşaq bağçasının fəaliyyət göstərməsi əsas planlarımıza daxildir", - o deyib