Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərq bölgəsindəki rolundan danışıb. Modern.az xəbər verir ki, Putın Fələstinin Qəzza bölgəsindəki vəziyyətin nizamlanması və sülhün bərpa edilməsi istiqamətində Ərdoğanın lider rolu oynadığını vurğulayıb və onun atdığı addımları yüksək qiymətləndirib. Rusiya prezidenti bildirib ki, gələn ilin əvvlərində Ədoğanla görüşməyi planlaşdırıb. Onun sözlərinə görə, Türkiyə Prezidentinin iş qrafiki görüşün daha tez baş tutmasına imkan vermir.