"Yaxın zamanda istehlak kreditlərində faizlərin düşməsi gözlənilən deyil. İstehlak kreditlərinin faiz dərəcələri bir çox amillərdən aslıdır. Bunlardan biri cəlb olunan depozit dərəcələri ilə bağlıdır. Cəlb olunan depozitlərin özlərinin faiz dərəcəsi isə inflyasiya amili ilə bağlıdır".
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O bildirib ki, Azərbaycanda hal-hazırda depozit faizləri nisbətən artıb:
"İkinci məsələ ondan ibarətdir ki, vəsaitin üzərinə əməliyyat faizləri, verilən istehlak kreditlərinin risk dərəcəsi gəlir. Çünki istehlak kreditlərinin bir çoxu girovsuz verilir. Bütün bunların hamısı istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasına səbəb olur".