Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. Modern.az saytı xəbər verir ki, avqustun 5-nə olan məlumata görə, medal sıralamasında ABŞ Çini qabaqlayaraq 1-ci yeri ələ keçirıb – 71 medal. İkinci yerdə gələn çinlilərin 45 medalı var. Fransa 44 medalla 3-cü sırada yerləşir. Azərbaycan komandası 2 qızıl medalla sıralamada 21-cidir. Türkiyə 49-cu, Ermənistan 51-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. A.Qorxmaz







