Həftəsonu bəzi bürclər üçün uğursuz hadisələrlə yadda qala bilər.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, astroloqlar Balıqlar, Dolça və Əqrəb bürclərinin bu həftəsonu şanssızlıqla üzləşəcəklərini düşünürlər.
Balıqlar - vacib qərarlar vermək üçün bu həftəsonunu gözləyirdinizsə, bir qədər də gözləmək lazım gələcək. İstirahətinizə vaxt ayırmaq və problemlərdən qısa müddət də olsa uzaq durmaq faydalı olacaq.
Dolça - həftəsonu şəxsi münasibətlərdə olan problemlər bir qədər də dərinləşə bilər. Ətrafınızdakı insanlara diqqət göstərməyə, səmimi olmağa çalışın. Eyni zamanda maliyyə problemləri ilə üzləşə bilərsiniz.