"Qarabağ"ın Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust.
20:00. “Qarabağ” – “Ludoqorets”Baş hakim: Urs ŞniderBaş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin ZürçerDördüncü hakim: Sven VolfensbergerVAR hakimləri: Fedayi San, Yohannes von MandaçTofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00. “Ludoqorets” - “Qarabağ”Baş hakim: Simon SozzaBaş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperialeDördüncü hakim: Matteo MarçettiVAR hakimləri: Gianluka Aureliano, Marko Serra"Ludoqorets Arena"
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllütariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.