Şair Elman Tovuz dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham sosial şəbəkədə paylaşıb. Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi. Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi.
Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir. Allah rəhmət eləsin.