Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi başa çatıb. Modern.az xəbər verir ki, şaid ailəsinin üzvü olan namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biliblər. Qeyd edək ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır. Bu həftə digər namizədlər üçün də vakansiya seçiminin elan olunacağı gözlənilir. A.Qorxmaz