2023-cü ilin yekinlarına görə, Azərbaycanda sürülən minik avtomobillərinin hansı markalardan olduğu açıqlanıb. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlum olub ki, ötən ilin sonunda ölkəmizdə 1 501 957 ədəd minik avtomobili qeydə alınıb. Azərbaycanda istifadə olunan ən minik avtomobili isə Almaniya istehsalı olan “Mecedes”dir. Belə ki, 2023-cü ilin yekinlarına görə, ölkədə “Mecedes” markalı minik avtomobillərinin sayı 216 813 ədəd olub. 2-ci yerdə sovet istehsalı olan “Jiquli” (Vaz2101, 03, 06) markalı minik avtomobilləri gəlir – 199 331 ədəd. 3-cü yerdə də sovet istehsalı olan “Jiquli”lər (Vaz2105, 07) qərarlaşıb - 126 551 ədəd. 4-cü ən çox istifadə edilən minik avtomobili Cənubi Koreyada istehsal olunan “Hyundai”lardı - 126 056 ədəd. 5-ci yerdə Yaponiya istehsalı olan “Toyota” markası gəlir – 104 605 ədəd. Azərbaycandakı minik avtomobillərinin markasına dair tam siyahını təqdim edirik: A.Qorxmaz

