Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev torpağa tapşırılıb.
Modern.az-ın məlumatına görə, mərhumun yas mərasimi Heydər Məscidində keçirilib.
S.Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.