Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi prosesi avqustun 2-si 18:00-da yekunlaşacaq.
Modern.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər arasında COP-29-un təşkilat komitəsinin deputat üzvləri də var. Onlar VI çağırış Milli Məclisdə təmsil olunublar. Həmin parlamantarlar yenidən deputat olmaq üçün seçkilərdə iştirak edəcəklər.
Növbədənkənar seçkilərdə iştirak edəcək COP-29-un təşkilat komitəsinin deputat üzvlərinin siyahısını təqdim edirik:
Nigar Arpadarai; Sevinc Fətəliyeva; Könül Nurullayeva; Fatma Yıldırım.