Bakı. Trend:
Belçika kralı Filip Baş nazir Bart De Veverin istefası ilə bağlı qərarı qəbul etməyib. Hökumət başçısından 2027-ci ilin dövlət büdcəsi ilə bağlı siyasi kompromis əldə etmək üçün danışıqları davam etdirməsi gözlənilir.
Bu barədə Belçika Kral Sarayının yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, Bart De Vever noyabrın 2-də hökumətin 2027-ci il büdcəsi ilə bağlı razılığa gələ bilməməsindən sonra kral Filipə istefasını təqdim edib. Beşpartiyalı koalisiyanın üzvləri büdcə kəsirinin azaldılması, dövlət xərclərinin ixtisarı və vergilərin artırılması məsələlərində ortaq mövqeyə gələ bilməyiblər.
Kral Filip istefa ilə bağlı qərar verməzdən əvvəl koalisiya partiyalarının rəhbərləri ilə məsləhətləşmələr aparıb.