Bakı. Trend:
İspaniyanın “Tenerife” klubunun hücumçusu Xesus de Migel matçda toqquşmadan aldığı xəsarətdən sonra xəstəxanada vəfat edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Hadisə “Tenerife”nin “Andorra” ilə Sequnda divizionunun oyunu zamanı baş verib.
Qonaq komandanın qapıçısı Xesus Ovono cərimə meydançasından çıxaraq topu uzaqlaşdırmağa çalışarkən dizilə 30 yaşlı de Migelin sinə nayihəsinə zərbə endirib. Futbolçu meydanda hərəkətsiz qalıb. O, beş dəqiqədən çox meydanda tibbi yardım aldıqdan sonra xəstəxanaya çatdırılıb. Qapıçıya birbaşa qırmızı vərəqə göstərilib, oyun isə əlavə olunmuş vaxtın yeddinci dəqiqəsində dayandırılıb.
“Tenerife” klubu futbolçunun vəfatı ilə bağlı yaydığı açıqlamada dərin kədərini ifadə edib:
“Bu böyük kədəri yüngülləşdirə biləcək heç nə yoxdur. Təsəlli verəcək sözlər tapmaq mümkün deyil”.
İspaniya Kral Futbol Federasiyası (RFEF) futbolçunun vəfatı ilə əlaqədar çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan bütün oyunları, o cümlədən Kral Kuboku və Kraliça Kuboku matçlarını təxirə salıb. “Barselona” və “Real Madrid” klubları da de Migelin ailəsinə, yaxınlarına və komanda yoldaşlarına başsağlığı veriblər.
23:22
xxx
İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Miqel ikinci divizionun "Andorra" ilə ev oyununda ürək tutması keçirib.
Hadisə qarşılaşmanın ikinci hissəsinə əlavə olunmuş vaxtın sonlarında, meydanın mərkəzində futbolçunun "Andorra" komandasının qapıçısı Xesus Ovono ilə toqquşmasından sonra baş verib.
Məlumata görə, tibbi yardım göstərildikdən sonra futbolçu huşunu itirib və xəstəxanaya çatdırılıb. Klub daha sonra onun vəziyyətinin stabil, lakin ağır olduğunu açıqlayıb.
30 yaşlı De Miqel 2025-ci ilin yayından “Tenerife”də çıxış edir. O, karyerası ərzində İspaniyanın bir sıra digər klublarında da oynayıb.
Qeyd edək ki, noyabrın 2-də keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.