Bakı.Trend:
Dünya bazarları Yaxın Şərqdəki münaqişə səbəbindən qlobal dizel ehtiyatı son 35 ildə ən aşağı səviyyəyə düşüb.
TASS-ın məlumatına görə, bunu Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC) rəhbəri Sultan bin Əhməd əl-Cabir bildirib.
“Hörmüz boğazında gəmiçiliyin iflic olmasından bəri bəzi bazarlarda dizel yanacağı ehtiyatları cari mövsüm üçün son 35 ilin minimum səviyyəsinə düşüb”, – deyə o, ADIPEC 2026 beynəlxalq konfransında çıxışı zamanı bildirib.
ADNOC-un baş icraçı direktoru digər bazarların isə mayeləşdirilmiş təbii qaz (LNG) təchizatında çatışmazlıqla üzləşdiyini qeyd edib.
Əl-Cabirin sözlərinə görə, Hörmüz boğazında yükdaşımalarının pozulmasından bəri dünya ehtiyatlarından təxminən 1 milyard barel neft çıxarılıb, logistika xərcləri isə İranla münaqişə başlamazdan əvvəlki 5 faizlə müqayisədə bir barelin dəyərinin 30 faizinə qədər yüksəlib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.