Tacikistan prezidenti Emoməli Rəhmon Moskvaya gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Tacikistan PA-nın mətbuat xidməti məlumat yayıb.
"Noyabrın 21-22-də ölkə başçısı Emoməli Rahmon Rusiyaya rəsmi səfər edəcək", - deyə qeyd olunub.
Onun Rusiyada bir sıra yüksək səviyyəli görüşlər keçirməsi, o cümlədən prezident Vladimir Putinlə danışıqlar aparması gözlənilir.