Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Modern.az xəbər verir ki, saat 14:30-da başlayacaq iclasın gündəliyində aşağıdakı məsələlər daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi 2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi 3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi 4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr 5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi 6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi 7. Digər məsələlər.