Bakı.Trend:
Avstriya Rusiyanın diplomatik nümayəndəliklərinin dörd əməkdaşını "arzuolunmaz şəxs" elan edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avstriya hakimiyyəti qərarını diplomatların statuslarına uyğun olmayan davranışları ilə əsaslandırıb.
Onların adları və ölkəni tərk etmələri üçün müəyyən edilmiş müddət və başqa təfərrüatlar açıqlanmır.