Bakı. Trend:
Neftçala rayonunda traktorun velosipedçini vurması nəticəsində yeniyetmə ölüb.
Trend-in məlumatına görə, hadisə oktyabrın 22-də Neftçala–Salyan avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, Fərhad Həsənovun idarə etdiyi traktor velosipedlə hərəkət edən 2013-cü il təvəllüdlü İbrahim Əsədlini vurub. Yeniyetmə hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.