Bakı. Trend:
Bu il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar arasında aktivlərinin həcminə görə ilk yeri Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bankın aktivlərinin həcmi 16,118 milyard manat təşkil edib.
İkinci sırada 13,919 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 9,987 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 114,281 milyon manat təşkil edib.
Banks Assets 1 ABB 16,117,578,42 2 Kapital Bank 13,919,541,00 3 Pasha Bank 9,987,063,00 4 Xalq Bank 2,827,867,29 5 Bank Respublika 2,658,619,43 6 UniBank 2,373,617,04 7 Azer–Turk Bank 2,184,024,00 8 Access Bank 1,883,681,00 9 ZiraatBank 1,616,627,32 10 Bank of Baku 1,566,315,15 11 Yelo Bank 1,558,649,81 12 Rabita Bank 1,453,832,54 13 YapikrediBank 1,008,938,14 14 Turan Bank 909,718,00 15 AzersenayeBank 855,546,97 16 Expressbank 725,447,00 17 Premium Bank 678,915,00 18 AFB Bank 574,425,36 19 VTB Bank 367,789,51 20 Avrasiya Bank 239,153,71 21 Bank Melli Iran 114,280,87