Təhsil İnstitutu bir sıra fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır. Modern.az xəbər verir ki, aşağıdakı fənlər üzrə mütəxəsisslər Təhsil İnstitutuna müraciət edə bilərlər.
• Azərbaycan dili (dövlət dili) • İkinci xarici dil • Musiqi • Təsviri incəsənət • Texnologiya • Çağırışaqədərki hazırlıq • Fiziki tərbiyə
Namizədlər üçün minimum tələblər: • İxtisas fənni üzrə dərin bilik və bacarıqlar; • Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq; • Fikirləri yazılı formada ifadə etmə bacarığı; • Araşdırma və təhlil üzrə səriştə; • Ən azı 5 illik pedaqoji təcrübə; • Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.
Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.