Bakı. Trend:
Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max” platformasında məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.
İlya Seredyuk bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.