Metbuat.az xəbər verir ki, 2014-ci ildə ermənilər tərəfindən əsir götürülən, 2020-ci ildə Azərbaycana qaytarılan Şahbaz Quliyev torpaqlarımız işğaldan azad olunandan sonra ilk dəfə, uzun müddət saxlanıldığı Şuşa həbsxanasına gedib. O, saxlanıldığı kamerada olub və amansız işgəncələrə məruz qaldığı yerləri göstərib.